Evdə qalmaq zərurətinin olduğu bu günlərdə, evdən çıxmadan bankınızın hansı xidmətlərindən istifadə edə bilirsiniz? Unibank müştərisisinizsə, məsafədən bank xidmətlərindən istifadə imkanınız daha çoxdur. Əgər telefonunuzda Unibank Mobile varsa, demək evdə qalaraq da onlarla bank məhsul və xidmətlərindən istifadə edə bilərsiniz.
Hazırda yarım milyondan artıq Unibank Mobile istifadəçisi evdən çıxmadan, aşağıdakı bank xidmətlərindən rahatlıqla faydalanmaq imkanındadır:
- Saniyələr içində “Unibank”ın Digital Kartının açılması
- Kartdan karta köçürmə
- Dosta köçürmə (yalnız telefon nömrəsini bilmək kifayətdir, kart nömrəsinə ehtiyac yoxdur)
- Təcili pul köçürməsi (Zolotoya Korona, Contact)
- Kredit ödənişləri (həm Unibank, həm də digər bankların)
- Əmanətin artırılması
- Kommunal odənişlər
- Hökumət odənişləri (eləcə də Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım ödənişi)
- Kart sifarişi və ödənişi
- Kredit müraciəti
- Hesabdan çıxarış və s.
Əgər evdə qalaraq bank xidmətlərindən istifadə etmək istəyirsinizsə, sadəcə telefonunuza Unibank Mobile yükləyin və ödənişlərinizi evdən çıxmadan edin. Banka gedib kart sifariş etməyə də ehtiyac yoxdur, UM yükləyəndən sonra dərhal və pulsuz Digital Cart sahibi olursunuz.
Evdə qalın, amma bank xidmətlərindən məhrum qalmayın!
Unibank –hər kəsin bankı!