Sabah “Ziraat Bank (Azerbaijan)” ASC-nin Bakıdakı baş ofisinin rəsmi açılışı olacaq. FED.az xəbər verir ki, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Ziraat Bankının rəhbəri Hüseyn Aydın da iştirak edəcək.
Xatırladaq ki, "Ziraat Bank (Azerbaijan)" ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Ziraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.