FED.az xəbər verir ki, müxtəlif kampaniya və aksiyaları ilə müştərilərini sevindirən Expressbank 20 oktyabr Energetiklər günü münasibəti ilə bütün energetika sahəsində çalışan əməkdaşlara xüsusi güzəştli kredit təqdim edib.
Belə ki, 31 oktyabr tarixinədək enerji sahəsində çalışan bütün əməkdaşlar istənilən Expressbank filialına yaxınlaşaraq nağd pul kreditini 0% komissiya ilə əldə edə bilərlər!
Kreditin şərtləri çox sadə:
- Məbləğ - 30.000 AZN-dək
- Kredit müddəti - 48 ayadək
- İllik faiz dərəcəsi – 17%-dən başlamaqla
- 20000 AZN-dək ZAMİNSİZ
- Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ
Əmək haqqının 10 mislinədək komissiyasız kreditin əldə olunması üçün isə zamin və girov tələb olunmur!
Əldə edilən kreditin rahat ödənişini, müştərilər Expresspay ödəniş terminalları vasitəsi ilə asanlıqla reallaşdıra bilərlər.
Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.