Planlarınızın reallaşdırılması və ya biznesinizin genişləndirilməsi üçün sərfəli kredit axtarmaqdan yorulmusunuz? İstəyirsiniz ki, kreditinizin faizi getdikcə azalsın? O zaman axtarışlarınızı dayandırın və siz də minlərlə AccessBank müştərisi kimi "Endirimdə ÇEMPİON" adlı kredit kampaniyasından yararlanın.
"AccessBank" müştəriləri tərəfindən böyük maraqla qarşılanan "Endirimdə ÇEMPİON" kampaniyasının müddətini oktyabrın 31-dək uzadıb. Bankdan FED.az-a verilən məlumata görə, kampaniya çərçivəsində 50 min manatadək mikro və 30 min manatadək nağd pul krediti götürən şəxslər nə az, nə çox - düz 10%-dək ENDİRİMdən yararlana bilərlər. Belə ki, kredit üzrə illik faiz dərəcəsi kreditin verilmə anından etibarən və hər 12 aydan bir 2% azalır.
"Endirimdə ÇEMPİON" kampaniyasından yararlanaraq siz də öz sahənizin çempionu olun!