2019-cu ilin may ayında Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda əhalidən cəlb olunan əmanətlər üzrə faiz dərəcələrinə yenidən baxılıb.
FED.az xəbər verir ki, Finans.az"ın araşdırmasına görə, manatla qəbul olunan depozitlərin dərəcələri “Amrahbank”da 11,00%-11,50%-dən 10,00%-10,50%-ə endirilib, “Bank of Baku”da - 9,00%-10,00%-dən 10,00%-11,00%-ə artırılıb.
Bütövlükdə banklar milli valyutada olan əmanətləri 5,25%-13,00% diapozonunda qəbul edir. Manat üzrə ən yüksək faizləri "NBC Bank", ən aşağı faizləri isə "Ziraat Bank Azərbaycan" təklif edir.
Banklar dollar əmanətlərini 0,10%-3,00%-lə cəlb edirlər. Ən sərfəli faizləri "Amrahbank", "Atabank" , "Bank of Baku", "BTB Bank", "GünayBank", “MuganBank”, "NBC Bank" və "Bank Nikoil" təklif edir.
Avro əmanətləri üzrə ən yüksək faiz dərəcəsi "NBC Bank"da müəyyən olunub.
Məlumatların toplanmasında əsas kriteriya kimi vəsaitlərin 1 il müddətinə qəbul olunması, məbləğə olan minimal tələbin yuxarı həddinin 1 000 manatı aşmaması götürülüb. Bu baxımdan icmala "Premium Bank" (minimum məbləğ 50 000 AZN), "Paşa Bank" (30 000 AZN), və "Melli İran Bankı"nın Bakı fillialı (5 000 AZN) daxil edilməyib. "Pakistan Milli Bankı"nın Bakı filialının depozit qəbul etməsi haqda isə heç bir məlumat yoxdur.
Aşağıdakı cədvəldə Azərbaycanda fəaliyyət göstərən bankların əmanətlər üzrə təklif etdikləri faiz dərəcələri göstərilir: