Azərbaycanda fəaliyyət göstərən banklar müştəriləri üçün sərfəli şərtlərlə nağd pul kreditləri təklif edir.
Banklar arasında «card to card» əməliyyatı neçəyədir? – BANKLAR, KARTLAR, KOMİSSİYALAR - SİYAHI
FED.az bankların təqdim etdikləri kreditlər üzrə illik faiz dərəcəsini , komissiya xərcini, kreditin təqdim olunduğu müddəti və kreditin həcmini araşdırıb.
«YELO LİGHT», «ATB CARD», «My CARD STANDARD» - Hansı daha sərfəlidir? – MÜQAYİSƏ
Ümumilikdə banklar üzrə ayrılan kredit məbləği 200 – 150 000 AZN aralığında dəyişir , illik faiz dərcələri isə minimal 9%-dən başlayır. Komissiya xərcləri isə 0-5% aralığında dəyişir. Kreditin müddətinə gəlincə müştərilər əldə etmək istədikləri krediti minimum 3 ay maximum 60 ayadək əldə edə bilərlər.
Bəzi banklarda hal hazırda akiv kampaniyalarda mövcuddur. Dövlət bankı olan Azər-türk Bank 24 noyabr- 6 dekabr ərzində «atbfriday» kampaniyası istehlak kreditlərini 11.5%-dən başlayan illik faiz dərəcəsi ilə təqdim edir.
Rabitəbankda isə 16.11.2023-29.12.2023 sərfəli kampaniya var kampaniya daxilində 30 000 AZN-dək nağd pul kreditini 11.5%-dən başlayaraq əldə etmək mümkündür. Komissiya isə 0-3% aralığında dəyişir.
Digər banklar üzrə göstəricilər cədvəldə:
Bank |
Məbləğ (AZN) |
İllik faiz dərəcəsi (%) |
Komissiya (%) |
Müddət (ay) |
Azərbaycan Beynəlxaq Bankı |
300 – 40 000 |
10,9% |
0 |
3-60 |
Azər- Türk Bank |
300 – 30 000 |
11,5% |
0-1 |
3-48 |
Accessbank |
500 – 40 000 |
10,0% |
1-3 |
6-48 |
AFB Bank |
300 – 30 000 |
11,99% |
0 |
3-48 |
Azərbaycan Sənaye Bankı |
500 – 30 000 |
13,0-19,0 % |
1 |
2-36 |
Bank BTB |
300 – 30 000 |
18,0% |
1 |
3-48 |
Bank of Baku |
300 – 50 000 |
11,5% |
0 |
3-59 |
Bank Respublika |
500 – 50 000 |
12,0% |
1 |
6-48 |
Expressbank |
300 – 70 000 |
9,5 % |
0-3,5 |
3-59 |
Kapital Bank |
300 – 50 000 |
10,9% |
0-3% |
3- 59 |
Naxçıvan Bank |
500 – 30 000 |
16,0% |
1 |
3-48 |
Rabitəbank |
200 – 30 000 |
11,5% |
0-3 |
3-48 |
Turan Bank |
500 – 30 000 |
12,5% |
0-2 |
3-48 |
Unibank |
300 – 30 000 |
16,0% |
1-5 |
3-60 |
VTB Bank |
300 – 40 000 |
10,99% |
0 |
3-59 |
Xalq Bank |
500 – 150 000 |
12-16% |
0,2 |
12-60 |
Yapı Kredi Azərbaycan |
300-dən |
12,0% |
1,65-2 |
59 |
Yelo Bank |
400 – 50 000 |
9,9% |
0,5-1,5 |
6-59 |