Bizneslərin maliyyə cəlb etməsinin bir neçə üsulu var. Bunlardan istiqraz buraxmaq, İPO (səhmlərin ilkin kütləvi yerləşdirməsi – red FED.az) və biznes krediti götürməyi misal çəkmək olar. Nəzərə alsaq ki, hər şirkət İPO edə bilməz və istiqraz bazarı da son zamanlar aktivləşməyə başlayır, bizneslərin əsas üz tutduğu yer biznes kreditləridir.
Banklarda ən sərfəli istehlak kreditləri – MƏBLƏĞLƏR, ŞƏRTLƏR - SİYAHI (Oktyabr, 2026)
FED.az biznes və maliyyə xəbərləri portalı ənənəvi olaraq oktyabr ayı üçün Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilən biznes kreditlərinin şərtlərini araşdırıb.
Araşdırma zamanı məlum olub ki, banklarda biznes kreditlərinin məbləğləri fərqlidir. Bəzi banklar 100 min manata kimi, bəziləri isə 10 milyon manata qədər biznes krediti ayıra bilir. Biznes kreditlərinin illik faiz dərəcəsi minimum 11%-dən başlayır.
Bundan başqa, bir də Biznesin İnkişafı Fondu tərəfindən ayrılan biznes kreditləri var. Burada 10 milyon manata qədər kredit illik 5%-dən başlayaraq hesablanır.
Ödəmə müddəti isə məbləğindən və bankın şərtlərindən asılı olaraq dəyişir, adətən, 3 – 36 ay, 48 ay, ən çoxu 72 ay müddətdə kreditlər verilir. Bəzi banklarda isə kreditin verilmə müddətinə 45 gün, 2 ay, hətta 24 aya qədər güzəşt müddəti verilir.
Biznes kreditlərinin komissiya şərtləri də banklardan asılı olaraq dəyişir, komissiya haqları minimum 0,25%-dən başlayır. Bəzi banklarda isə komissiya haqqı yoxdur. Bundan başqa, elə banklar var ki, komissiya minimum limit tətbiq edir.
Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit şərtləri aşağıdakı cədvəldə:
|
№ |
Bank |
Məbləğ |
İlik faiz dərəcəsi başlayır |
Komissiya |
Müddət (ay) |
|
|
|
1 |
ABB |
500 000 manata qədər |
15,4%-dən |
1% |
24 aya qədər |
|
|
|
2 |
Azər‐Türk Bank |
1 000 000 manata qədər |
12,4%-dən |
0,2-1% |
48 aya qədər |
|
|
|
3 |
AccessBank |
50 000 manatdan 3 000 000 manata kimi |
12%-dən |
1% |
60 aya qədər |
|
|
|
4 |
AFB Bank |
300 000 manata qədər |
18%-dən |
1% |
48 aya qədər |
|
|
|
5 |
Azərbaycan Sənaye Bankı |
Minimum məbləğ 5 000 manat, maksimum məbləği fərdi yanaşma əsasında |
14%-dən |
1% |
36 aya qədər |
|
|
|
6 |
Bank Respublika |
20 000 manatdan 5 000 000 manata qədər |
10.50% |
1% |
60 aya qədər |
||
|
7 |
Kapital Bank |
50 000 manatdan 1 000 000 manata qədər |
12%-dən |
0,25%-dən |
60 aya qədər |
||
|
8 |
Paşa Bank |
250 min manata qədər |
13%-dən |
0.60% |
36 aya qədər, 45 gün güzəşt müddəti |
||
|
9 |
Unibank |
15 000 manatdan 10 000 000 manata qədər |
14%-dən |
0-2% |
48 aya qədər |
||
|
10 |
VTB bank |
7 000 000 manata qədər |
17%-dən |
0.25% |
60 aya qədər |
||
|
11 |
XalqBank* |
Təlabata uyğun |
13%-dən |
0.50% (Min. 20 AZN) |
72 aya qədər, 24 ayadək güzəşt müddəti |
||
|
12 |
Yelo Bank |
50 000 manatdan |
11%-dən |
0,3-1% |
60 ay, 18 aya qədər güzəşt müddəti |
||
|
13 |
Ziraat Bank |
1,5 000 000 manata qədər |
14%-dən |
1% |
36 aya qədər |
||
|
14 |
Bank Avrasiya |
300 000 manata qədər |
12%-dən |
0.50% |
60 aya qədər |
||
|
15 |
Rabitəbank |
1 000 000 manata qədər |
14%-dən |
1% |
36 aya qədər, 2 ay güzəşt müddəti |
||
|
16 |
Expressbank |
5 000 000 manata qədər |
12%-dən |
0,5-1% |
60 aya qədər, 24 ayadək güzəşt müddəti |
||
|
17 |
Bank of Baku |
1 000 000 manata qədər |
11%-dən |
0%-dən |
3-48 ay |
||
|
18 |
Turan Bank |
2 000 000 manata qədər |
17%-dən |
0,5%-dən |
3-36 ay |
||
|
19 |
Bank Melli İran |
250 000 manata qədər |
16%-dən |
1% |
6-60 ay |
||
|
20 |
Premium Bank |
750 000 manata qədər |
12%-dən |
1% (minimum 100 AZN) |
6–48 ay |
||
|
21 |
Yapı Kredi Bank |
Məbləğ, faiz dərəcəsi, komissiya və müddət fərdi yanaşma ilə təsdiqlənir. |
|||||
*Kampaniya şərtlərinə əsasən, 30.12.2026-dək biznes krediti illik 13 %-dən təklif edilir.















