Bu, "Renkinq"in apardığı araşdırma nəticəsində məlum olub.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, bu ilin ilk 9 ayını mənfəətlə başa vurmuş 19 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Bank Avrasiya" olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 7,17%-ni təşkil edib. Baxmayaraq ki, "Bank Avrasiya" aktivlərinin məbləğinə görə, 31 bank arasında 28-ci yerdə qərarlaşıb.
Ölkənin ən böyük bankı olan "Azərbaycan Beynəlxalq Bankı" isə yanvar-sentyabrda aktivlərinin 6,61%-i qədər mənfəət əldə edib və fəaliyyət effektivliyinə görə, 2-ci yeri tutub.
3-cü yerə isə 2,63%-lik göstərici ilə "Naxçıvan Bank" sahib olub. Baxmayaraq ki, ölkənin yeganə regional bankı aktivlərinin məbləğinə görə, 31 bank arasında yalnız İran və Pakistan Milli Banklarının Bakı filiallarını üstələyir.
Mənfəətlə işləyən qalan 16 bankdan 7-də sözügedən göstərici 1-2% arasında, 9-da isə 0-1% arasında dəyişir.
Zərərlə işləyən banklar arasında fəaliyyət effektivliyi baxımından ən pis vəziyyət isə "Bank of Baku"da qeydə alınıb. Bu bankın 9 aylıq zərəri aktivlərinin 7,35%-i qədər olub.
№ |
Bankın adı |
Bankın 9 aylıq mənfəətinin / zərərinin aktivlərinə nisbəti |
1 |
Bank Avrasiya |
7,17% |
2 |
Azərbaycan Beynəlxalq Bankı |
6,61% |
3 |
Naxçıvan Bank |
2,63% |
4 |
Kapital Bank |
1,91% |
5 |
Zıraat Bank Azərbaycan |
1,88% |
6 |
Bank Silk Vey |
1,65% |
7 |
Yapı Kredi Bank Azərbaycan |
1,55% |
8 |
NBC Bank |
1,45% |
9 |
İran Milli Bankı - Bakı |
1,43% |
10 |
Günay Bank |
1,17% |
11 |
PAŞA Bank |
0,84% |
12 |
Xalq Bank |
0,73% |
13 |
Bank VTB Azərbaycan |
0,61% |
14 |
Azərbaycan Sənaye Bankı |
0,49% |
15 |
Express Bank |
0,28% |
16 |
Atabank |
0,27% |
17 |
Rabitə Bank |
0,09% |
18 |
Bank BTB |
0,06% |
19 |
Azər-Türk Bank |
0,04% |
20 |
Nikoyl Bank |
- 0,03% |
21 |
Turan Bank |
- 0,07% |
22 |
Bank Respublika |
- 0,23% |
23 |
AGBank |
- 0,33% |
24 |
Pakistan Milli Bankı - Bakı |
- 0,96% |
25 |
Muğan Bank |
- 1,09% |
26 |
Unibank |
- 1,65% |
27 |
Amrah Bank |
- 2,48% |
28 |
AFB Bank |
- 3,24% |
29 |
Dəmir Bank |
- 4,75% |
30 |
Access Bank |
- 5,67% |
31 |
Bank of Baku |
- 7,35% |
|
Orta hesabla |
1,83% |