“Muğanbank” 2006-cı ildən 2017-ci il yanvarın 1-dək Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına 2128 min ipoteka krediti verib. Bu barədə fonddan məlumat verilib.
1 yanvar 2017-ci il tarixinə verilmiş ipoteka kreditlərinin sayına görə bankların beşliyinə həmçinin “Bank BTB” (1942 min kredit), “AGBank” (1551 min kredit), “Xalq Bank” (1437 min kredit) və “Dəmirbank” (1395 min kredit) daxildir.
Daha az aktiv bankların beşliyinə isə “Yapı Kredi Bank” (52), ”Amrahbank” (48), “Azərbaycan Sənaye Bankı” (17), “Rabitəbank” (17) və “Bank VTB (Azerbaijan)” (2 kredit) daxildir.
2017-ci ilin əvvəlinə 26 bank AİF-in xətti ilə kredit verib.
Qeyd edək ki, bağlanmış bankların ipoteka portfeli "Muğanbank", “Bank BTB” və "NBC Bank"a ötürülüb.
İnterfaks©