Hazırda bugünə olan məlumata əsasən Azərbaycanda 30 bank 46 BOKT –Bank Olmayan Kredit Təşkilatı fəaliyyət göstərir. Lakin bu Bank və BOKT-ların heç də hamısı kredit təklif etmir. Bəzi hallarda isə bunun üçün çoxsaylı sənəd və arayış tələb olunur. FED.az minimum sayda sənəd təqdim etməklə kredit verən bankların siyahısını təqdim edir.
Bank Respublika
Burada ən az sənəd tələb edən kreditlərdən biri də Lombard kreditidir. Belə ki, banka qızıl girov qoymaqla bir tək şəxsiyyət vəsiqəsilə istədiyiniz qədər kredit əldə edə bilərsiz.
Həmçinin əməkhaqqı kartınızın hesabından 6 aylıq çıxarış sənədinin olması kredit əldə etməyiniz üçün yetərlidir.
Rabitəbank
Çox sadə şərtlərlə Lombard krediti verən banklardan biri də Rabitəbankdır. Bu bankda da təkcə şəxsiyyət vəsiqəsi ilə kredit götürə bilərsiniz.
Accessbank
İşdən arayışla şəxsiyyət vəsiqəsi və ya əmək haqqı kartından 6 aylıq çıxarış sənədi kredit əldə etməyinizə vasitə olacaq. Ən az 500 manat maksimum isə 30 min manat krediti əldə etmək mümkündür.
Unibank
Şəxsiyyət vəsiqəsi və gəliri təsdiq edən sənəd kredit almağınız üçün yetərlidir.Əgər çalışdığınız müəssisə e.gov.azda qeydiyyatdadırsa o zaman bir tək şəxsiyyət vəsiqəsi ilə də Unibankdan kredit əldə edə bilərsiz.