Müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan dövlət bankı Azər Türk Bank ən əlverişli şərtlərlə yeni kredit məhsulu təklif edir.
Bankın mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, Azər Türk Bank əməkhaqqı kartı sahibi olan müştəriləri üçün avans kredit xəttinin ayrılması barədə qərar verib. Belə ki, kart sahibləri götürəcəkləri məbləğin 8%-i həcmində birdəfəlik xidmət haqqı ödəməklə, 500 manatadək kredit xətti əldə edə biləcəklər.
Kredit xətti bir il müddətinə ayrılır və əməkhaqqı kartına daxil olan vəsait hesabına faiz tutulmadan ödənilir.
Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Əmək haqqını Azər Türk Bankın kartları ilə alanlara faizsiz kredit xətti
14:53
23 Okt 2018