2025-ci ilin yekunlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların əmək haqqı xərclərinin həcmi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə personal xərclərinə görə lider olan banklar məlum olub.
Renkinqə "Azərbaycan Beynəlxalq Bankı" ASC başçılıq edir. Bankın əmək haqqı xərcləri 230 milyon 161 min manat təşkil edib.
İkinci yerdə "PAŞA Bank" ASC qərarlaşıb – bankın bu istiqamətdə xərcləri 108 milyon 817 min manat olub.
"Kapital Bank" ASC 92 milyon 75 min manat göstərici ilə üçüncü sırada yer alıb. "Bank Respublika" ASC isə 79 milyon 751 min manat xərclə dördüncü olub.
Siyahının ilk beşliyini "Unibank KB" ASC tamamlayır. Bankın əmək haqqı xərcləri 72 milyon 247 min manat təşkil edib.












