Mərkəzi Bankın məlumatına görə Azərbaycanda əməkhaqqı kartlarının saylarında son 11 ayda ilk dəfə azalma qeydə alınıb.
Eləcə də bax: Əhali kredit kartlarını da azaldır – RƏQƏMLƏR AÇIQLANDI
FED.az Banker.az istinadən xəbər verir ki, 1 mart 2020-ci il tarixinə ölkədə əməkhaqqı kartlarının sayı 2 milyon 347 min ədəd təşkil edib. Bu da fevral ayının 1-dəki göstəricidən 80 min və ya 1,3 faiz daha az olması deməkdir.
Ölkədə plastik karların sayı ümumilikdə 7 milyon 832 min ədəd təşkil edir. Bunun 2 milyon 723 min ədədi sosial kart, 2 milyon 347 min ədədi əməkhaqqı, 1 milyon 872 min ədədi digər və 890 min ədədi isə kredit kartlarıdır.