Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Dəmirbank" ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, “Banklar haqqında” Qanunun 82.1.5-ci maddəsinə əsasən, bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri üzrə ödəniş 29 iyul 2019-cu il tarixindən etibarən başlanacaqdır.
FED.az xəbər verir ki,tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.
Eləcə də bax:Daha bir bank mənfəət - AÇIQLADI
Tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna (Bakı şəhəri, Babər prospekti, 16) müvafiq sənədlərlə (bank rekvizitləri göstərməklə) müraciət olunmalıdır.