"Azərbaycan Mərkəzi Bankı (AMB) elə məzənnə rejimi təklif edir ki, son nəticədə məzənnə bazardakı tələb və təklifdən asılı olaraq formalaşır".
FED.az xəbər verir ki, bunu qurumun Pul siyasəti Departamentinin direktoru Azər Ələskərov deyib.
"2017-ci ilin yanvar ayına qədər banklar xarici valyutanı 4%-Ilk marjanı nəzərə almaqla alıb-sata bilərdi. Amma indi banklar rəsmi məzənnəyə yaxın məzənnə ilə alıb-satır", - o qeyd edib.
Bundan başqa, A.Ələsgərovun sözlərinə görə, Azərbaycanda əmanətlərin dollarlaşması da azalmaqdadır: "Əvvəllər bu nisbət 80% civarında idisə, təkcə ötən il 10 faiz bəndi azalıb. Düşünürük ki, uzunmüddətli dövrdə dollarlaşmanın azalması üçün inflyasiyanın səviyyəsi aşağı düşməlidi və makqoiqtisadi sabitlik olmalıdır".