Gələcəkdə Azərbaycanda bağlanmış kommersiya banklarının qorunan əmanətçilərinə kompensasiya onların şəxsiyyət vəsiqəsinin PİN kodu əsasında ödəniləcək.
FED.az Report-a istinadən xəbərə verir ki, bu barədə Azəraycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov məlumat verib.
Onun sözlərinə görə, bununla da əlavə prosedurlara, ərizə formasının doldurulmasına, əmanət kitabçasının Fonda təqdim edilməsinə ehtiyac olmayacaq: “Amma bunun üçün ADIF-in Daxili İşlər Nazirliyinin bazasına çıxışı olmalıdır”.