İyunun 1-dən əmanətlərinin qaytarılması başlanan «Atabank»ın əmanətçilərinin bir hissəsi gözlənilməz problemlərlə üzləşiblər.
FED.az xəbər verir ki, ayın əvvəlində pullarını almaq üçün «Kapitalbank»a (əmanətlərin qaytarılması üçün agent bank – FED.az) üz tutan əmanətçilərin bir hissəsinə bildirilib ki, onlar əmanət şərtlərini pozublar və bu səbəbdən əmanəti qaytarılmayacaq. Ən maraqlısı da odur ki, həmin pozuntular əmanətçilərin deyil, bankın, «Atabank»ın günahı üzündən baş verib.
"2 gecə növbəyə dayanmışdım"
Pulunu ala bilməyən əmanətçilərdən biri Amilə Həsənlidir: «2 gecə Nərimanov filialının həyətində qalmaqla növbə götürməyimə sevindim, lakin növbəm çatanda çoxları kimi əliboş yola salındım. Səbəb? Çox gülməli».
FED.az-a müraciət edən Amilə Həsənli bildirir ki, 2019-cu ilin iyununda «Atabank»a əmanət yatırıb. Həmin vaxt əmanətin sığortalanması üçün əmanət faizi 12%-dən artıq olmamalı idi, Amilə Həsənli də «Atabank»ın «Gənclik» filialına illik 12%-lə əmanət yatırıb. «Deməli, 14 iyun 2019-cu il tarixində müvafiq qanunvericilyə uyğun sığortalı olaraq əmanətimi «Atabank»ın Gənclik filialına 12 aylıq (1illik) müddətə yerləşdirmişəm. 16 noyabr 2019-cu il tarxində həmin filial bağlanıb və mənim kimi orda olan yüzlərlə hesab, o cümlədən əmanət hesabları Nərimanov filialına köçürülüb. Yəni hesablar başqa filiala miqrasiya edilib. İndi Əmanətlərin Sığortalanması Fondu mən və mənim kimi miqrasiya baş vermiş 100-lərlə əmanət hesabını bloklayıb, əmanətimizi sığortasız elan edir və qaytarmaqdan imtina edir».
İlk baxışdan əmanətlərin bir filialdan digərinə köçürülməsi problem olmamalıdır. Əsas odur ki, bank dəymşmir. Amma məsələ ondadır ki, əmanət hesabları başqa filiaa köçürüləndə həmin əmanətlər filialda yeni əmanət kimi rəsmiləşdirilib. Guya həmin vətəndaşlar bu banka əmanəti həmin tarixdə yatırıblar, özü də eyni şərtlərlə yəni, yəni illik 12%-lə. Amma problem, təhlükəli məqam ondadır ki, əmanət hesabları «Gənclik» filialından «Nərimanov» filialına köçürüləndə, ölkədə qorunan əmanətlərin faizi dəyişmişdi və qorunan əmanətlər artıq 10% idi. Yəni həmin vaxt banka 12%lə yerləşdirilən əmanətlər qorunmurdu...
Amilə Həsənli və «Atabank»ın digər onlarla müştərisi də bu «tələyə» düşüblər. Faktiki olaraq onların xəbəri olmadan əmanətləri başqa filialda qorunmayan əmanət şərtləri ilə yerləhdirilib. Və ona göə də, indi onlr əmanətlərin geri ala bilmirlər.
Ən maraqlısı da odur ki, müştərinin əlindəki sənədlərdə onun əmanətinin banka məhz iyun ayında və «Gənclik» filialına yatırıldığı göstərilib, ondan sonra əmanətlə nə baş verdiyindən əmanətçilərin ümumiyyətlə xəbəri olmayıb. Yəni qətiyyən özlərindən asılı olmayan səbəbə, bankın apardığı və əmanətçini məlumatlandırmadığı əməliyyata görə, A.Həsənli və başqa əmanətçilər pullarını ala bilməyiblər.
«Fond mənim əlimdəki 1 illik müqavilə şərtlərini göz ardı edərək köçürmə tarxini əsas götürür. Hansı ki, həmən tarixdə qorunan əmanət faizi 10% hesab olunurdu. Bu tamamilə bahanədir və sadəcə gülməli səbəbdir. Filial bağlanmağının əmanətçiyə heç bir dəxli yoxdur, mənim əlimdə müqaviləm, əmanət kitabçam var. Bu sadəcə bəhanədir və ödənişlərimizi gecikdirmək və bizi aylarla banklar və ADİF arasında karantin şərtlərini pozmaqla sürünməyə məcbur etməkdir»- deyə A.Həsənli bildirir.
«Biz pulu qoyandan 2 saat sonra banka əmanət götürmək qadağan edilib»
Başı bəlalı «Atabank»ın digər müştərisi Yazgül Əliyevadır, onun oğlu Rəşad Əliyev FED.az-a bildirib ki, «Atabank»a 13500 manat əmanəti 2019-cu ilin 23 iyulunda yatırıb. Əmanət faizi 10% olub, yəni qorunandır. Amma burada başqa problem yaranıb:
«Bankdan soruşduq əmanət qəbul edirsiz, bəli. Sığortalıdır, bəli. Daxil olduq, pulu yatırdıq, müqaviləmizi, kassa çekimizi və əmanət kitabçamızı verdilər».
Oktyabrda «Atabank»la bağlı məlumat yayılandan sonra R.Əliyev narahat olub və pulunu geri götürmək istəyib. Bankdan bildiriblər ki, pul yoxdur: «9 aydır pulumuzu götürmək istəyirdik götürə bilmədik».
«Bizə əmanətimizin yerinə kredit verdilər – illik 28%-lə»
Banka dəfələrlə müraciət edəndən sonra bankdan R.Əliyevə kredit götürməyi təklif ediblər, müştəri razılaşıb: «Bizə 2800 manat kredit ayırdılar, əmanətimiz girov olmaqla, illik 28%-lə».
Nəticədə son vəziyyət belə olub ki, banka qoyulan 13500 manat əmanətə görə 130 manat faiz hesablanıb, müştəriyə də 2800 manat kredit verilib.
«Sevindik ki, pulu alacağıq, dedilər blok qoyulub»
R.Əliyev bildirir ki, «Əmanətlərin sığortalanması haqqında» qanun qəbul ediəndən, «Atabank»la bağlı qərar veriləndən və Elman Rüstəmovun əmanətlərin qaytarılacağı ilə bağlı bəyanatından sonra sevinib ki, pullarını götürə biləcək: «Bir gün əvvəl getdim «Atabank»a, sənədlərimi göstərdim, problemin olub-olmadığını soruşdum, dedilər ki, problem yoxdur, pulunuzu ala biləcəksiniz. İyulun 1-də «Kapital bank»a gedəndə isə bildirdilər ki, əmanətim blokdadır».
R.Əliyev əmanətin bloka düşməsinin səbəbini fonda müraciət edəndən sonra öyrənib : «Dedilər ki, iyulun 23-dən sentyabrın 11-dək «Atabank» a əmanət qəbul etmək qadağan edilibmiş, biz də əmanəti həmin lövrdə qoymuşuq, yəni elə ilk gün yatırmışıq. Əlimizdə də əmanət kitabçası, bütün sənədlərimiz».
Banka pul qoymağa Cəmi 2 saat tələsmişik
Məlum olub ki, R.Əliyev banka pulu saat 11-də yatırıb, banka əmanət qadağası isə günortadan sonra daxil olub: «Bizə bunun nə aidiyyatı var? Əgər sizə göstəriş gəlibsə və məlum olub ki, əmanət götürmək qadağandır, niyə mənə zəng edib bu barədə məlumat verməyiblər ki, gəlim pulumu götürüm?».
R.Əliyev tək deyil, onun sözlərinə görə, həmin günlərdə, o cümlədən iyunlun 26-29-u və başqa tarixlərdə də «Atabank»a əmanət yatırılıb və həmin müştərilərdən heç birinə deyilməyib i, artıq bank əmanət qəbul etmir: «Biz başa düşmürük, bu bank Mərkəzi Banka, Əmanətlərin Sığortalanması Fonduna necə hesabat verib, ona necə nəzarət olunub ki, bu əmanətin həmin vaxt götürüldüyünü bilmyiblər».
Fondun yeni rəhbərinin qəbulunda olan Rəşad Əliyevə deyilib ki, fond «Atabank»ı məhkəməyə verəcək və məhkəmənin nəticəsini gözləsin. «Bizə dedidər ki, bankda saxtakarlıq olub. Amma bunun bizə nə aidiyyatı var, bizim bu qadağadan xəbərimiz olmayıb bunu bizə bank deməli idi, o da deməyib. Niyə buna görə bizim pulumuz batmalıdır? Axı fondun öz qaydalarında da göstərilir ki, banklar müştərini bütün məsələlərdən xəbərdar etməlidir, özü də təkcə şifahi deyil, həm də yazılı olaraq. Biz bu pulu dövlətə etibar edərək banka yatırmışıq, heç bir qanunu da pozmamışıq, nəyə görə başqasının hərəkətin görə, bizə zərər dəyməlidir».
«Elə adam var növbəsi dekabrda çatacaq»
Amma əmanətlərin müxtəlif səbəblərdən bloka düşməsi əmanətçilərin qarşılaşdığı yeganə problem deyil. «Atabank»ın keçmiş müştəriləri əmanətlərin qaytarılması şəraitindən də olduqca narazıdırlar: «Elan ediblər ki, gündə cəmi 15 müştəriyə xidmət olunacaq, səbəbi nədir, bilinmir. Daha çox işçi ayırsınlar ki, daha çox adam pullarını ala bilsni. Təsəvvür edin elə şəxs var ki, 1300-cü nömrə verilib, yəni həmin şəxsin növbəsi dekabrda çatacaq. Süni növbələr, gecə yazılan siyahılar, günə yalnız 10, cox halda isə 15 nəfərin qəbulu ki, bunlardanda çoxu əliboş, məyus halda ADİF-ə göndərilir» - deyə əmanətçilər bildirir.