"Mərkəzi Bank artıq bir dəfə «AGBank»ı xilas edib".
FED.az xəbər verir ki, bu barədə Elman Rüstəmov bildirib. O bildirib ki, «AG Banki bir dəfə xilas etmişdik, onlar özləri demirlər bunu, biz də demirdik. İki il əvvəl bu bankda 77 milyon manatlıq əmanəti kapital qoyuluşu kimi nəzərə almışdıq. Xaricdə belə praktika var».
Elman Rüstəmov bildirib ki, maliyyə sektorunda vəziyyət yaxşıdır. Bu dövrdə ipoteka reditləri 5,2%, biznes kreditlər 4,1% artıb, istehlak kreditləri isə 5,2% azalıb.
Onun sözlərinə görə, koronavirus başlayandan indiyədək banklara 549 milyon manatliq kreditin vaxtinin uzadilmasi ucun mürüciət edilib. Bunun 91%-i biznes kreditləridir.