“Maliyyə sektorunda müsbət meyllər davam etməkdədir. 2020-ci ilin 4 ayında bütövlükdə kredit portfeli 1,9% artıb”.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirələn mətbuat konfransında AMB sədri Elman Rüstəmov deyib.
Sədr bildirib ki, kredit portfelinin əsas mənbəyi biznes kreditləri olub: “Yanvar-aprel aylarında müvafiq olaraq biznes kreditləri 4,1%, ipoteka kreditləri 5,2% artdığı halda, istehlak kreditləri 4,1% azalıb”.
Elman Rüstəmov onu da qeyd edib ki, birinci rübdə banklar tərəfindən real sektora 1,4 milyard manat məbləğində yeni kreditlər verilib: ”Bu da onu göstərir ki, bank sektoru real sektorun maliyyələşməsində aktiv iştirak edə bilər”.