Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan əhalisini kriptovalyuta almaqda ehtiyatlı olmağa çağırıb.
FED.az xəbər verir ki, baş bankir qeyd edib ki, ilin əvvəlində bu istiqamətdə qiymətləndirmələr aparılıb:
"Bu sahədə qərarlar sərtləşdi. Davos forumunda bu istiqamətdə müzakirələr oldu. Ona görə də əhali bunu almaq istəyərkən olduqca diqqətli olmalıdır".
Baş bankir krptovalyutaların məzənnəsinin müxtəlif aillərdən asıl olduğun və sürətlə dəyişdirini bildirib: «Kriptovalyutalar çox volotildir. Mən əvvələr də xalqımızı ehtiyatlı olmağa çağırmışdım. Son hadisələr də göstərdi ki, bu düzgün yanaşma idi. Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirdi ki, blokçeyn inqilabi bir texnologiyadır. Ancaq kriptovalyutalarla bağlı bazardakı vəziyyətə dair konkret proqnozlar vermək mümkün deyil. Çox riskli və təhlükəli oyunlardır. Bu sahədə həm də kibertəhlükəsizlik məsələləri önəmlidir»-deyə baş bankir bildirib.
Elman Rüstəmov: « Xalqı ehtiyatlı olmağa çağırıram»
12:21
12 Fev 2018