Bank

Elman Rüstəmov «Daha bir neçə bankın kapitalı aşağıdır»

Elman Rüstəmov «Daha bir neçə bankın kapitalı aşağıdır» | FED.az
15:24 1 İyun 2020

«Azərbaycanda bəzi bankların da kapitalı aşağıdır. Amma onların kapital  adekvatlığı normal səviyyədədir».

FED.az xəbər verir ki, bu barədə AMB sədri Elman Rüstəmov bildirib.

AMB səjri bildirib ki, «Hətta onların bir hissəsi kapitallaşma prosesindədir  və onlar öz öhdəliklərini yerinə yetirirlər və onların, yenə də deyirəm, adekvatlıq göstəriciləri qənaətbəxş səviyydəədir».

Elman Rüstəmov bildirib ki, «AMB onların onların kapitallaşma prosesinə nəzarət edir, kapital artırılması qrafikini izləyir və onlara yardım edir ki, onlar vaxtında, ilin sonunadək kapitallaşma prosesini başa çatdırsınlar».

Digər xəbərlər