“Bütövlükdə bank sektorunun sağlamlaşdırılması, onun maliyyə vasitəçiliyi funksiyasının təmin edilməsi, o cümədən də əhalinin və biznesin maliyyə vəziyyətinin sağlamlaşdırılması istiqamətində araşdırmalar həyata keçirilir”.
FED.az xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, o cümlədən, devalvasiyalardan sonra artmış problemli kreditlər probleminin həll edilməsi istiqamətində araşdırmalar aparılır: "Bu araşdırmalar tam yekunlaşandan sonra hökumət və Mərkəzi Bank müəyyən qərarlar qəbul edə bilər. Biz hələlik araşdırma mərhələsindəyik”.
Qeyd edək ki, banklarda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1,7 milyard manatı keçib. Bu bankların müştərilərə verdikləri cəmi kreditlərin 15%-nə yaxındır.