Hesabatda qeyd olunur ki, bankın faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən 15,34% artaraq 14 mln. 933 min manata çatıb. Faiz xərcləri isə 2017-ci illə müqayisədə 30,58% artaraq 4 mln. 206 min manata yüksəlib.
Nəticədə bankın faiz mənfəəti ötən illə müqaisədə 3 mln. 176 min manat və ya 36,19% artaraq 11 mln. 951 min manat təşkil edib.
İlk yarım ildə bnkın əməliyyat gəliri 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1 mln. 963 min manat və ya 26,58% azalaraq 1 mln. 490 min manata enib. Əməliyyat xərci bu dövrdə 3 mln. 410 min manat təşkil edib. Bu da ötən ilə nisbətən 985 min manat və ya 40,62% çoxdur.
Beləliklə, “Expressbank”ın əməliyyat mənfəəti bu ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 2,46 dəfə azalaraq 2 mln. 13 min manat olub. Yekunda bankın xalis mənfəəti ötən ilə nisbətən 788 min manat və ya 44,27% azalaraq 992 min manata enib.
Hesabatdan məlum olur ki, ilk 6 ayda «Expresbank»ın aktivləri, kredit portfeli və depozitləri artıb.
İlin əvvəli ilə müqayisədə bankın cəmi aktivləri 125 mln 814 min manat və ya 40,02% artaraq 440 mln 153 min manata yüksəlib. Cəmi öhdəliklər isə 295 mln. manat təşkil edib. Bu göstərici ilin əvvəli ilə müqayisədə 124 mln. 977 min manat və ya 73,5% çoxdur.
İlin ilk yarısının nəticələrinə görə, Expressbankın kredit portfeli 205 mln. 365 min manat təşkil edir. 2018-ci ilin əvvəlində bankın kredit portfeli 167 mln. 608 min manat idi. Başqa sözlə, bu il ərzində kreditlər 37 mln. 757 min manat və ya 22,53% artıb.
Bankdakı depozitlər isə 261 mln. 350 min manat təşkil edib. Qeyd edək ki, bu göstərici ilin əvvəlinə nisbətən 116 mln 417 min manat və ya 80,32 % çoxdur.
Bu dövrdə bankın cəmi kapitalı ilin əvvəli ilə müqaisədə 835 min manat və ya 0,58 % artaraq 145 mln 152 min manat olub.


