Hüquqşünas Əkrəm Həsənov “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) əmanətçilərinə müraciət edib.
FED.az xəbər verir ki, müraciətdə bildirilir:
“ABB qeyri-qanuni olaraq birtərəfli qaydada xarici valyutada olan əmanətlər üzrə illik faiz dərəcəsini 2%-ə endirib. Bununla bağlı Bankdan məktub alan (və yaxud məktub almadan illik faiz dərəcəsinin endirildiyini müəyyən etmiş) əmanətçilərə qarşı tərəfə pretenziya məktubu göndərməyi tövsiyə edirəm. ABB tələbinizi 10 gün ərzində yerinə yetirməsə, məhkəməyə müraciət edin. Müvafiq iddia ərizəsinin formasını yaxın günlərdə dərc edəcəyəm. Bu işi vəkilsiz özünüz də apara biləcəksiniz. Hər bir halda bir vətəndaşın işini mən pulsuz qaydada məhkəmədə aparacağam və işin gedişatı barədə ictimaiyyəti məlumatlandıracağam. Digər əmanətçilər də həmin işin gedişatına uyğun olaraq öz işlərini apara biləcəklər. İrəli!”.