"Xarici sektordakı müsbət proseslər özünü xarici valyuta ehtiyatlarının dinamikasında da büruzə verib".
FED.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankın (AMB) ötən ilin yanvar-dekabr ayları üzrə pul siyasəti icmalında qeyd olunub.
Sənəddə ölkənin tədiyyə balansının yaxşılaşması şəraitində keçən il strateji valyuta ehtiyatları 11%-dən çox artdığı öz əksini tapıb.
"Ötən ilin sonuna ölkənin strateji valyuta ehtiyatları 30 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 2,9 dəfə üstələyib", - deyə məlumatda vurğulanıb.