2016-cı ilin yanvar-avqust aylarında əhalinin xarici valyutada bank əmanətləri cari ilin əvvəlinə olan göstəricisi ilə müqayisədə 19,6% - 6 mlrd. 475,4 mln. manata qədər və ya əhalinin bütün əmanətlərinin 80,4% azalıb. Bu barədə Azərbaycan Mərkəzi Bankdan məlumat verilib.
2015-ci ilin yekunları üzrə xarici valyutada bank əmanətlərinin xüsusi çəkisi 85% təşkil edib.
Xəbər verildiyi kimi, cari ilin 8 ayı ərzində əhalinin bank əmanətləri 16,3% - 7 mlrd. 931,9 mln. manat azalıb.
AMB-nin məlumatına görə, yanvar-avqust aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 2,5% - 1 mlrd. 456,5 mln. manatadək və ya bütün əmanətlərin 19,6% artıb.
1 sentyabr 2016-cı il tarixinə AMB-nin məlumatına görə, rezidentlərin bank əmanətləri 6 mlrd. 913,5 mln. manat, qeyri-rezidentlərin - 1 mlrd. 18,4 mln. manat təşkil edib. Bununla belə, 2016-cı ilin 8 ayı ərzində rezidentlərin əmanətləri 16,1%, qeyri-rezidentlərin - 17,4% azalıb.
Bütövlükdə, 1 sentyabr 2016-cı il tarixinə Azərbaycanda banklarda əmanət və depozitlərin həcmi 23 mlrd. 673,8 mln. manat təşkil edir, bu da ilin əvvəlinə olan göstəricidən 1% çoxdur. Bununla belə, avqustda banklarda əmanət və depoazitlərin həcmi 424,9 mln. manat artıb.
İnterfax©