Azərbaycanda 2017-ci il avqust ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 860,8 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, Trend-in məlumatına görə, kredit portfelinin 10 milyard 336,3 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 14,1 faizini (təqribən 1 milyard 813,3 milyon manat) təşkil edib.