Bu ilin sentyabr ayında Azərbaycanda əhalinin əmanətləri 12 705,5 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 1 479,8 milyon manat və ya 13,2 faiz çoxdur.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, cari ilin avqust ayına nisbətdə isə sentyabrda əmanətlərin həcmində 125,4 milyon manat və ya 1 faiz artım qeydə alınıb.