May ayında banklarda əhalinin əmanətləri 92,1 milyon manat azalıb. Azalma xarici valyutadakı əmanətlərin azalması ilə bağlıdır.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin aprel ayının sonunda əhalinin əmanətləri 8 milyard 715 milyon manat ikən, mayın sonunda 8 milyard 622.9 milyon manata düşüb.
Eləcə də bax: Avro əmanəti ən sərfəli olan banklar - SİYAHI
2019 Tarix Dəyər
01/06/2019 8622.9
01/05/2019 8715.0
01/04/2019 8339.1
01/03/2019 8214.0
01/02/2019 8075.9
01/01/2019 8375.4
01/12/2018 8073.5
May ayında milli valyutadakı əmanətlər 51,5 milyon manat artaraq 3 milyard 672,5 milyon manata yüksəlib, xarici valyutadakı əmanətlər isə 143,5 milyon manat azalaraq 4 milyard 950,4 milyon manata düşüb.