Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 2025-ci ilin mart ayında 33.1% təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinmadən xəbər verir.
Məlumata görə bu ötən ilin müvafiq dövrünə nisbətən 2 faiz bəndi azdır.
Qeyd edək ki, fiziki şəxslərin əmanətlərinin 66.4%-i (9,785.1 mln. manat) milli valyutada, 33.6%-i (4,959 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 61.1%-i (9,009.3 mln. manat) müddətli əmanətlərdən ibarətdir.
Fiziki şəxslərin müddətli əmanətləri mart ayında 2.3% və ya 204.7 mln. manat artıb. Hüquqi şəxslərin tələbli depozitləri 16,799.2 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.5%-ni təşkil edib.