Azərbaycan vətəndaşlarının banklara borcu azalır.
Mərkəzi Bankın statistikasına əsasən, 2016-cı ilin sonunda 5 milyard 858.7 milyon manat olan cəmi borc 2017-ci ilin sonunda 4 milyard 606.5 milyon manata düşüb.
Söhbət bankların ev təsərrüfatlarına verdiyi kreditlərdən (əsasən istehlak kreditləri) gedir. Dolların Manat qarşısında bahalaşması ilə ev təsərrüfatlarına verilən kreditlərin məbləği manatla ifadədə 2015-ci ilin sonunda 8 milyard 383.6 milyonmanata qalxmışdı. 2016-cı ilin əvvəlindən başlayaraq portfel azalmağa başladı və 2017-ci ilin sonunda 4 milyard 606.5 milyon manatadək düşüb. Son 2 ildə ev təsərrüfatlarına verilən kreditlər 45% azalıb.
2017-ci il ərzində ev təsərrüfatlarına verilən kredirlər 1 milyard 252 min manat və ya 21,4% azalıb.
2017-ci ilin sonuna olan məlumata görə, ev təsərrüfatlarına verilmiş 4 milyard 606.5 milyon manat kreditlərin 1 milyard 737 milyon manatını daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verimiş kreditlər təşkil edib. Xalis istehlak kreditləri 2 milyard 869 milyon manata düşüb.