"Azərbaycan Sənaye Bankı" III rüb üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, bank bu rübdə 26,9 milyon manat xalis faiz gəlir əldə edib.
Gəlirlərin12,5 milyon manatı kreditlərdən əldə edilən gəlirlərin, 14 milyon manatı isə banklarda depozitlər hesabına formalaşıb. Ümumi faiz gəlirləri son bir illə müqayisədə 2,4 milyon manat (10%), kreditlər hesabına əldə edilən faiz gəlirləri, 1,4 milyon manat (12%), depzotlər üzrə faiz gəlirləri isə 1,3 milyon manat (10%) artıb
Bu dövrdə faiz xərcləri 13,8 milyon manat olub ki, bu da illik müqayisədə b milyon 464 min manat və ya 11% çoxdur.
Bunun da böyük hissəsi isə depozitlər üzrə faiz xərcləri olub - 8,5 milyon manat (863,2 min manat və ya 11% artım)
Beləliklə “Azərbaycan Sənaye Bankı”ın xalis faiz gəlirləri 13,1 milyon manat təşkil edib ki, bu da son bir ildə 1 milyon manat və ya 9 % çoxdur.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 11,5 milyon manat olub. Qeyri faiz gəlirləri son bir ildə 3,1 milyon manat (37%) artıb.
Bu dövrdə qeyri faiz xərcləri 3 milyon manat (19%) artaraq 18,9 milyon manata, əmək haqqı xərcləri 486 min manat (11%) artaraq 4,8 milyon manata yüksəlib. Amortizasiya (köhnəlmə) xərcləri isə 127 min manat və ya 11% azalaraq 1 milyon manata düşüb.
Bu dövrdə bankın əməliyyat mənfəəti də 5,7 milyon manat olub ki, bu da illik müqayisədə 1,2 milyon manat və ya 27% çoxdur.
1,2 milyon manat mənfəət vergisi ödənişindən sonra "Azərbaycan Sənaye Bankı" III rübü 4,7 milyon manat xalis mənfəətlə başa vurub. Əvvəlki ilin III rübündə isə 3,5 milyon manat xalis mənfəət əldə etmişdi.
2024-cü ilin III rübündə “Azərbaycan Sənaye Bankı” ASC 745 milyon manat aktivlərə malik olub. Aktivlər son bir ildə 37,5 milyon manat, başqa sözlə 5% artıb.
Kredit porteflinin həcmi 262,8 milyon manata bərabər olub. 2023-cü ilin eyni dövründə 243,7 milyon manat idi
Bankın öhdəlikləri də 31,6 milyon manat və ya 5% artaraq 625,8 milyon manata düşüb.
Ümumi depozit 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,7 milyon manat (1%) artaraq 444,5 milyon manata yüksəlib.
Depozit portelinin 300,3 milyon manatı fiziki, 144,2 milyon manatı hüquqi şəxslərin əmanətləri olub. 2023-cü ilin III rübü ilə müqayisədə fiziki şəxslərin əmanətləri 1,5 milyon manat (0,5%) azalıb, hüquqi şəxslərin əmanətləri isə 7,2 milyon manat (5,2%) artıb.
“Azərbaycan Sənaye Bankı”ın balans kapitalı 119,2 milyon manata bərabər olub. Ötən ilin müvafiq dövründə isə bu göstərici 113,3 milyon manat təşkil edib.
Bölüşdürülməmiş mənfəətin həcmi də 4 milyon 667 min manat (10,4%) artaraq 49 milyon 382 min manat təşkil edib.