Azərbaycanda kredit qoyuluşu artıb. FED.az Mərəzi Bankın (AMB) açıqladığı hesabata istinadən xəbər verir ki, ötən ilin yekunu ilə müqayisədə bu ilin birinci yarısına olan hesabata görə, Azərbaycanda kredit qoyuluşu 3.55% və ya 462,3 mln artaraq 13 482 mln manat olub.
Eləcə də bax: Azərbaycan banklarının kredit portfelinin həcminə görə - RENKİNQİ (30.06.2019)
Bu ilin birinci yarısına olan hesabata görə, ümumi kreditlərin 482.2 mln manatını istehlak kreditləri təşkil edib.
Ötən ilin yekunu ilə müqayisədə bu ilin birinci yarısında kredit qoyuluşunda azalma ticarət və xidmət , inşaat və əmlak, nəqliyyat və rabitə və ictimai təşkilatlara verilən sahələrdə olub.
Belə ki, ticarət və xidmət sekroruna ayrılan kreditlərin məbləği 3.20% azalaraq 2303.3 mln manat olub. Bu sektorun kredit qoyuluşunda xüsusi çəkisi 17.1% təşkil edib.
Energetika, kimya və təbii ehtiyatlar sektoruna verilən kreditlər 6.17% və ya 25.9 mln artaraq 445.1 mln manat olub. Bu sektorun kreditləşmədə xüsusi çəkisi 3.3%dir.
Kənd Təsərrüfatı və emal sənayesinə ayrılan kreditlərin məbləği 31.9 mln və ya 6.78% artaraq 501.9 mln manat təşkil edib. Kredit qoyuluşunda xüsusi isə çəkisi 3.7% təşkil edib.
İnşaat və Əmlak sektorunda 20.1 mln və ya 5.16% daha az kredit verilib. Bu sektorun kredit qoyuluşunda xüsusi çəkisi 2.7% təşkil edir. Verilən kreditin ümumi məbləği isə 368.7 mln manat olub.
Sənaye və istehsalat sektoruna ötən ilin yekunu ilə müqayisədə 77.4 mln və ya 10.95% daha çox olub. Nəticədə bu sektora 784 mln manat kredit verilib ki, bu məbləğin kredit qoyuluşunda xüsusi çəkisi 5.8% təşkil edib.
Nəqliyyat və Rabitə sektoruna kredit qoyuluşu 35.1 mln və ya 2.56% azalaraq 1335.6 mln manat təşkil edib kredit qoyuluşunda isə xüsusi çəkisi 9.9% təşkil edib.
Ev təsərrüfatlarına verilə kredit 482.2 mln manat və ya 9.06% artaraq 5801.6 mln manat təşkil edib ki, bu da kredit qoyuluşunun 43% təşkil edib.
Daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) kredit qoyuluşu 50.5 mln manat və ya 2.69% artaraq 1921.4 mln manat təşkil edib ki, bu da kredit qoyuluşunda xüsusi çəkisi 14.3%dır.
Ötən ilin sonu ilə müqayisədə bu ilin birinci yarısında ictimai təşkilatlara verilmiş kreditlər 2 mln və ya 19.81% azalıb. Kredit qoyuluşunda xüsusi çəkisi 0.1% təşkil edib. Bu sahəyə verilən kreditin məbləği isə 8.1 mln manat olub.
Hökumət idarələrinə kredit qoyuluşu 1.2 mln və ya 3 dəfə artaraq 1.8 mln manat təşkil edib.
Digər sektorlar üzrə kredit qoyuluş 77.5 mln və ya 33.93% artıb. Kredit qoyuluşunda xüsusi çəkisi 2.3% olub. Bu sektora verilən kreditin məbləği isə 305.9 mln manat olub.
Əhali sürətlə kredit götürür, biznes isə ehtiyatlıdır
13:29
3 Avq 2019