2024-cü ildə "Azər Türk Bank"da fiziki şəxslərin əmanətləri 213 milyon 127 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Məlumata görə, depozit portfelində 2023-cü ilin sonu ilə müqayisədə 1 milyon 305 min manat (0,6%) azalma baş verib.
Qeyd edək ki, 2023-cü ildə "Azər Türk Bank"da fiziki şəxslərin əmanətləri 214 milyon 432 min manat olub.