Bugün səhər saat 11-dən sonra artıq bir neçə bank dollar satışını dayandırmışdı. Səbəb olaraq kassada pul olmadığı bildirilirdi. FED.az xəbər verir ki, digər banklar isə dollar satışında limit tətbiq etməyə başlayıblar.
Monitorinq qrupunun nəticələrini təqdim edirik:
Eləcə də bax: "AmrahBank" dollar satmır - MƏLUMAT
Access Bank – 30.000 məbləğinə qədər kassalardan dollar əldə etmək mümkündür.
AFB Bank – 500 dollardan yuxarı məbləğdə şəxsiyyət vəsiqəsi tələb olunur. Əgər kassada dollar varsa , istədiyiniz məbləğ sizə veriləcək.
AG Bank – Yalnız baş ofisdən yuxarı məbləğdə dollar almaq olar.
Atabank – Kassa dollar vəsaiti varsa, istədiyiniz qədər ala bilərsiniz.
Azər-Türk Bank – Kassada istədiyiniz qədər dollar varsa, sizə satılacaq.
Bank Avrasiya – Kassada dollar varsa, dollar almaq mümkündür.
Bank of Baku – Dollar satışı var, alışına limit qoyulmayıb.
Bank Respublika – Dollarla bağlı filiallara müraciət edə bilərsiniz, limit yoxdur.
Express Bank – 20.000 dollara qədər şəxsiyyət vəsiqəsini təqdim etməklə kassalardan dollar almaq mümkündür.
Kapital Bank – İstədiyiniz məbləğdə dollar əldə edə bilərsiz, müəyyən bir limit qoyulmayıb.
Günay Bank – Kassalardan dollar var, istənilən məbləğdə dollar təqdim olunur.
Muğan Bank – Kassalarda dollar varsa, əldə etmək mümkündür.
NBC Bank – Hazırda dollar satmır.
Paşa Bank – Əgər siz 15.000 yuxarı dollar almaq istəyirsinizsə, bu zaman bank araşdıracaq ki, bu məbləği verə bilərlər və ya yox.
Turan Bank – Kassada dollar varsa, istənilən qədər almaq mümkündür.
Unibank – Bütün filiallardan dollar əldə etmək olar və limit qoyulmayıb.
VTB Bank – Dollar satışı var. 10.000 dollara qədər şəxsiyyət vəsiqəsilə əldə etmək olar.
YapıKredi Bank – Dollar satışı var. Lakin 18.000 dollar qədər əldə etmək olar.
Ziraat Bank – Dollar satılır və limit qoyulmayıb.
Əgər kassada varsa...BANKLARDAN ALDIĞIMIZ CAVAB
14:09
13 Aprel 2018