İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyun sayı təqdim olunub.
FED.az xəbər verir ki, “İxrac İcmalı”nda məlumat verilib ki, 2019-cu ilin yanvar-may aylarında Azərbaycana dünyanın 180 ölkəsindən 1 milyon 94 min 800 və ya 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
2019-cu ilin yanvar-may ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 475,7 milyon manat olub.
Bu ilin may ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları isə 100,9 milyon manat təşkil edib.