Müqavilə şərçivəsində Bank Respublika-ya ölkədə sahibkarların dəstəklənməsi məqsədilə 10 milyon avro həcmində kredit ayrılacaq
Avropa İnvestisiya Bankının (AİB) Avropa İttifaqı hüdudlarından kənarda fəaliyyətlərin maliyyələşdirilməsi üzrə qolu olan EIB Global Azərbaycanda mikro, kiçik və orta müəssisələrin (KOS) dəstəklənməsi üçün Bank Respublika ilə 10 milyon avro həcmində kredit sazişi imzalayıb. Bu saziş investisiyaları, iqtisadi artımı və məşğulluğu stimullaşdırmaq məqsədilə kiçik biznes subyektlərinə kreditləri rəqabətli şərtlərlə və yerli valyutada ödəmək seçimi verməklə maliyyə əlçatanlığını gücləndirəcək
Bu kredit, AİB-nin Cənubi Qafqazda KOS-larla iş Təşəbbüsü çərçivəsində KOS-ların maliyyə mənbələrinə çıxışını yaxşılaşdırılması məqsədilə təqdim olunur. Təşəbbüs bank sektorunda rəqabəti stimullaşdıracaq və kiçik biznes üçün əlçatan olan maliyyə mənbələrinin keyfiyyət və kəmiyyətcə sayını artıracaq. Həmçinin, Cənubi Qafqaz regionunda 26,500-ə yaxın iş yerinin yaradılmasıyla, özəl sektora əsaslanan artıma təkan verəcək və sosial inteqrasiyanı təşviq edəcək.
Bu saziş Azərbaycanda 25 000 kiçik və orta sahibkarlığın dəstəklənməsi üzrə qabaqcıl təşəbbüsə uyğun olaraq Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə İqtisadi və İnvestisiya Planının (EİP) məqsədlərinə töhfə verir.
Bankın Azərbaycandakı fəaliyyətinə cavabdeh olan AİB-nin vitse-prezidenti Teresa Çervinska qeyd edib: “AİB Azərbaycanda kiçik biznesi dəstəkləməkdən məmnundur. Bank Respublika ilə əməkdaşlıq çərçivəsində ayrılan bu kredit, KOS-ların maliyyə mənbələrinə çıxışını gücləndirəcək və onların ölkə iqtisadiyyatına verəcəyi töhfəni artıracaq. Kredit həmçinin, Aİ-nin ölkədəki İqtisadi və İnvestisiya Planına uyğun olaraq şaxələndirilmiş, davamlı və innovativ iqtisadiyyata töhfə verəcək”.
Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə Baş Direktoru Gert Yan Kopman qeyd edib: “Azərbaycanda İqtisadi və İnvestisiya Planının icrası kontekstində Aİ mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə xüsusi diqqət yetirir. Bu günə qədər Aİ BMİ-lərlə əməkdaşlıq edərək ölkə daxilində vətəndaşların həyatına müsbət və nəzərəçarpacaq təsir göstərən əhəmiyyətli investisiyaları təmin etmişdir. Bu gün bağlanan saziş, istənilən iqtisadiyyatın əsasını təşkil edən sahibkarlıq subyektlərini dəstəkləməklə EİP-in həyata keçirilməsini daha da irəli apara biləcəyimizi daha bir xoş addımdır”.
“Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib: “Biz dünyanın ən böyük maliyyə təşkilatı olan Avropa İnvestisiya Bankının Azərbaycanda əsas tərəfdaş bankı olmaqdan qürur duyuruq. Bu sazişin imzalanması beynəlxalq maliyyə institutlarının həm ölkənin bank sisteminin sabitliyinə, həm də Bank Respublika-nın etibarlılığına inamının növbəti mühüm göstəricisidir. Cəlb olunan vəsait, bizim üçün prioritet sahə olan real sektora, xüsusən də kiçik və orta sahibkarlığa kredit dəstəyini gücləndirməyə, bununla da ölkə iqtisadiyyatının inkişafına töhfə verməyə imkan verəcəkdir”.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Sabit" proqnozlu "B2" reytinqinə (Moody's) malikdir.
EIB və EIB Global haqqında
Avropa İnvestisiya Bankı (AİB) Avropa İttifaqının üzv dövlətlərinə məxsus uzunmüddətli maliyyə institutudur. O, Aİ siyasət məqsədlərinə nail olmaq üçün sağlam investisiyalar üçün uzunmüddətli maliyyə təmin edir, dörd prioritet sahədə layihələri dəstəkləyir: infrastruktur, innovasiya, iqlim və ətraf mühit və KOS-lar.
EIB Global, Avropa İttifaqının üç əsas prioritetinə: Avropa Yaşıl Sövdələşmə, Qlobal Gateway və iş yerləri, davamlı və inklüziv artıma töhfə verən beynəlxalq tərəfdaşlıq və inkişaf maliyyəsinin təsirini artırmağa həsr olunmuş EIB Qrupunun ixtisaslaşmış qoludur. Avropa Komandası çərçivəsində EIB Qlobal digər çoxtərəfli inkişaf bankları ilə sıx əməkdaşlıqda digər inkişaf maliyyə institutları və vətəndaş cəmiyyəti ilə birlikdə güclü, diqqət mərkəzində olan tərəfdaşlıqları təşviq edir. EIB Global dünya üzrə ofisləri vasitəsilə EIB Qrupunu yerli insanlara, şirkətlərə və qurumlara yaxınlaşdırır.