«Global Finance Magazine» 2019-cu il üçün Mərkəzi Bank sədrlərinin reytinqini («Central Bankers’ Report») açıqlayıb.
FED.az xəbər verir ki, Bolqarıstan Milli Bankının rəhbəri Dimitar Radev və Gürcüstan Milli Bankının qubernatoru Koba Gvenetadze bir daha dünyanın ən yaxşı mərkəzi bankirləri arasında yer alıb.
Qeyd edək ki, sözügedən reytinq dünyanın 94 ölkəsini əhatə edir və burada bankirlərin göstəricisi "A" -dan "F" -ə qədər qiymətləndirilir. 94 milli bankirdən siyahıda olanların doqquzu inkişaf etməkdə olan Avropadandır.
D. Radev və K.Gvenatadze hər ikisi 2018-ci ildə olduğu kimi bu il də "A-" reytinqi alıblar. Belarusiyalı Pavel Kallaur və Çexiyadan Jiri Rusnok hər ikisi "B" -dən "B +" -ə yüksəldilib.
Eləcə də bax: Dünya Mərkəzi Bank rəhbərlərinin TAM REYTİNQİ
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov isə ötən il aldığı eyni reytinqə - “B” reytinqinə layiq görülüb.
Macarıstanın keçmiş iqtisadiyyat naziri və keçmiş mərkəzi bankın idarəçisi György Matolcsy, sıralamasını "C" -dən "B" -ə yüksəldib.
Polşalı Adam Glapinski və Ukraynadan Yakiv Smoliy hər ikisi də "C" yerində qalıb.
Rumıniya Milli Bankından Mugur Isarescu, reytinqinin "C" -dən "D" -ə düşdüyü bölgədəki yeganə mərkəzi bankirdir.
"Ticarət mübahisələri və siyasi qeyri-sabitlik artdıqca, ölkələr ümid edirlər ki, mərkəzi bank rəhbərləri bu vəziyyətə təsir edib ölkədə sabitliyi qoruyacaqlar. Yüksək reytinqli banklar isə məhz bu liderliyi nümayiş etdirirlər»-deyə «Global Finance»nin redaktoru Cozef Carraputo bildirib.
Dünyanın ən pis bankiri isə Venesuelanın Mərkəzi Bankının sədri Calixto Ortega Sánchez seçilib. O reytinqdə «F» dərəcəsi alan yeganə bankirdir.
Dünya Mərkəzi Bank rəhbərlərinin TAM REYTİNQİ ilə buradan tanış olmaq mümkündür.
Dünyanın ən yaxşı və ən pis baş bankirləri məlum oldu - SİYAHI
11:02
14 Avq 2019