Amerikanın maliyyə holdingi olan JPMorgan, aktivlərin idarə olunması şöbəsində çalışan işçilər üçün məcburi proqramlaşdırma kurslarını tətbiq etməyə qərar verib. Nəticədə, analitiklərin təxminən üçdə biri və şirkət işçiləri Pythonda proqramın necə tətbiq ediləcəyini öyrənəcəklər, eləcə də kompüter bilikləri və maşınqayırma kursları alacaqlar.
«Bu yenilik sayəsində, sahibkarlar qrupu və texnologiya bölməsinin əməkdaşları tezliklə ümumi dil tapacaqlar. Bu, bank müştəriləri ilə işi əhəmiyyətli dərəcədə yaxşılaşdırmasına, səmərəliliyin artırılması və innovativ məhsulların yaradılmasına kömək edəcəkdir». – deyə Aktivlərin İdarəetmə rəhbəri Mary Callahan Erdos deyib.
Citibank kimi digər böyük banklar da öz kadrlarına kodlaşdırmanı öyrədirlər, lakin daha məhdud bir şəkildə.JPMorgan texnoloji inkişaf üçün 10,8 milyard dollar ayırır və bu sahədə 252 min mütəxəssis işləyir. Gələcəkdə məcburi kodlaşdırma kursları digər JPMorgan əməkdaşlarına genişləndirilə bilər.