Ölkə bank bazarında ilk olaraq kredit və multivalyutalı debet kartını özündə birləşdirən tək kartın – “Unibank”ın UCard məhsulunun müştərilərin istifadəsinə verilməsindən 1 il ötür.
FED.az xəbər verir ki, dörd fərqli valyutada hesabları olan (AZN, USD, EUR, GBP) debet kartını və AZN valyutalı kredit xəttini birləşdirən UCard, hər parametri ilə müştərinin tələbatına və rahatlığına uyğunlaşdırılan kart məhsuludur. Bir il ərzində UCard ölkə kart bazarının ən çox istifadə olunan bank kartlarından birinə çevrilib.
Bir il ərzində 320 350 ədəddən çox "UCard" kartı verilib. İl ərzində "UCard" sahibləri 2 527 600 manatdan çox keşbek qazanıblar. Bundan başqa "UCard" sahibləri 1 il ərzində 1 milyon 252 manatdan çox - kart qalığına görə faiz gəlirləri qazanıblar.
"UCard" özündə müştərinin arzuladığı aşağıdakı üstünlükləri birləşdirib:
- Pulsuzdur- hər kəs ala bilər;
- Kartın müddəti -5 illik;
- 40 günədək faizsiz kredit xətti;
-10.000 AZN-dək güzəşt müddətli kredit xətti və 30 000 AZN-dək nağd kredit imkanı;
- Kart qalığına illik 6%-dək gəlir;
- 30%-dək keşbek;
- 24%-dək taksit imkanı;
- Dünyanın bütün market, restoran və YDM-lərində Apple Pay və Google Pay-la ödəniş zamanı dövriyyə tələbi olmadan 5% keşbek imkanı;
-Unibank ATM-lərində öz vəsaitini 0% komissiya ilə nağdlaşdırma;
-UTM-lərdə Unibank kartına istənilən vaxt toplu şəkildə pul qoymaq və vəsaitin dərhal balansa oturması;
- Karta limitsiz pul mədaxili və məxaric imkanı;
- Müxtəlif valyutalı hesablardan istədiyini əsas hesab seçmək imkanı (həm mobil bankda, həm ATM-də);
- Ölkədaxili başqa bank kartlarına aylıq 2000 AZN-dək komissiyasız card to card əməliyyatları.
«UCard» kartını «Unibank»ın bütün filiallarında, yerindəcə, dərhal və pulsuz əldə etmək olar.