Türkiyənin «Papara» neobankı dünyada ilk dəfə olaraq səslə işləyən bank kartı - Voice Card təqdim edib.
FED.az xəbər verir ki, kart görmə qabiliyiyyəti məhdud olan şəxslər üçün nəzərdə tutulub. Belə ki, ödəmə etmək istədikdə kartı pos-terminala yaxınlaşdırdıqdan sonra, ödəmə dərhal çıxmır. Mobil app vasitəsilə səsli olaraq kartdan nə qədər pulun çıxacağını müştəriyə deyir. Hər şey qaydasındadırsa kartın sahibi məbləği təsdiq edir və yalnız bundan sonra ödəniş olunur.
«Kartınızı smartfonunuzla cütləşdirin, POS ilə əlaqə əməliyyatları üçün ödəyəcəyiniz məbləği eşidin və əməliyyatı tamamlayın. Kart ilə ödəniş edərkən, məbləği telefonunuzda eşidin və əməliyyatı təhlükəsiz şəkildə tamamlayın»-deyə «Papara»nın bu barədə açıqlamasında deyilir.
Hazırda səs texnologiyası ilə işləyən «Voice Card» Mastercard, Thales və BlindLook ilə əməkdaşlıq çərçivəsində maliyyə xidmətlərinə çıxışda maneələri aradan qaldıran dünyada ilk səs kartıdır.
Səs Kartınızdan istifadə etmək üçün Papara proqramını yükləyib kartı aktivləşdirmək tələb olunur.
Səs kartı həm Android, həm də iOS sistemlərini dəstəkləyir. Eyni zamanda mobil telefon NFC texnologiyasını dəstəkləməlidir.