Dünya maliyyə bazarlarında son vəziyyətlə bağlı proqnoz
InvestAZ İnvestisiya şirkətinin analitiklərinə görə bu həftə üzrə dünya maliyyə bazarlarındakı son vəziyyət və qısa müddət ərzində gözlənilən hadisələr aşağıdakı şəkildə ola bilər.
Avro
Avronun dollara nisbətən (EUR/USD) qiyməti bahalaşmaqda davam edir. BREXIT referendumundan sonra 1.09$-a kimi ucuzlaşan cütlük üzrə qiymət artım istiqamətində başlatdığı korreksiyaya davam etməkdədir. Analitiklərin fikrincə, avronun dollara nisbətən qiyməti 1.09$-ın üzərində möhkəmləndikcə, 1.1350$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.
Britaniya funt sterlinqi
BREXIT referendumundan sonra Böyük Britaniya maliyyə bazarlarında da qeyri-müəyyənlik davam edir. Qeyri-müəyyənlik fonunda isə GBP/USD cütlüyünün qiyməti 1.3119$ və 1.3532$ aralığında üfuqi hərəkəti ilə seçilib. Analitiklərin fikrincə, gələcək günlər ərzində önəmli hadisələrin şahidi olmasaq da, qiymətin 1.3119$ və 1.3532$ aralığında hərəkətə davam edəcəyi gözlənilir.
Türk lirəsi
Dünya birjalarında BREXIT riski dollara olan tələbatı artırmışdır. Nəticədə isə bu vəziyyət dolları bahalaşdırmışdır. Türk lirəsi də dolların bahalaşması fonunda ucuzlaşan valyutalar arasındadır. Belə ki, dolların türk lirəsinə nisbətən (USD/TRY) qiyməti yaxın gələcək günlər ərzində 3.19TL və 3.34TL-ə kimi də bahalaşa biləcəyi gözlənilir.
Neft
Son zamanlar enerji bazarlarında neft qiymətləri bahalaşmağa meyllidir. Beləliklə, Avropanın Brent markalı neftinin bir barel qiyməti keçən həftə ərzində 51$-a kimi 9%-dan çox bahalaşmışdır. Amerikanın neft ehtiyatlarının azalması neft qiymətlərinin bahalaşmasına təsir edir. Beləliklə, Brent markalı neftin qiyməti 46.70$-dan baha ticarət olunduqca, daha da bahalaşa biləcəyi proqnozlaşdırılır.
Qızıl
Digər əmtəə bazarlarında qızılın bir unsiya qiyməti dünya iqtisadiyyatında artan risklər fonunda bahalaşmağa başlayıb. Təkcə keçən həftə ərzində qiymətlər 4%-ə kimi bahalaşmışdır. Yeni artım trendinə başlayan qızılın qiymətləri isə 1247$ üzərində möhkəmləndikcə, 1395$ və 1587$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.
Dünya maliyyə bazarlarında son vəziyyətlə bağlı proqnoz
12:33
19 İyul 2016