Dünya Bankının (WB) “Dəmiryolu və ticarətin dəstəklənməsi Layihəsi"nin icrasına dəstək missiyası Azərbaycanda səfərdədir. Missiyaya Antuan Avedis Kunt (Antoine Avedis Kunth) rəhbərlik edir.
Bu həftə başlayan səfər həftə sonu bitəcək.
Məlumata görə, missiya “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi ilə görüşlər keçirib, həmçinin layihənin icra edildiyi ərazilərə səfər edərək işlərin gedişi ilə maraqlanıb.
Qeyd edək ki, “Dəmiryolu və ticarətin dəstəklənməsi Layihəsi"nin ümumi dəyəri 750 mln. ABŞ dollarıdır ki, onun 220 mln. dolları WB-nin vəsaiti hesabına qarşılanır. Belə ki, Bankın ayırdığı vəsait hesabına layihədə elektrik və siqnal-işarəvermə sisteminin yenidən qurulması işləri həyata keçiriləcək.
Report©