Dünya Bankının Azərbaycanda maliyyələşdirdiyi ədliyyə sistemində islahatların davam etdirilməsi və məşğulluğa dəstək layihələrinin icrasına gələn ay başlanması planlaşdırılır.
Eləcə də bax: «Şərait yaxşı olsa, Azərbaycana 250 milyon dollar yatıracağıq» - DETALLAR
FED.az xəbər verir ki, bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Dünya Bankının Azərbaycandakı nümayəndəliyindən bildirilib.
Nümayəndəlikdən bildirilib ki, COVID-19 pandemiyası fonunda hazırda Dünya Bankının Azərbaycana missiyaları dayandırılıb və bu səbəbdən yeni layihələr haqqında danışıqlar aparılmayıb.
Qeyd edək ki, Dünya Bankı Azərbaycanda ədliyyə sistemində islahatların davam etdirilməsi layihəsinə Azərbaycana 50 mln. ABŞ dolları (təsdiq edilib), məşğulluğa dəstək layihəsinə isə 100 mln. dollar məbləğində kreditlər ayırıb.