Dünya Bankının açıqladığı “Global Economic Prospectsc” hesabatına görə, Azərbaycan ötən il problemli banklara maliyyə dəstəyi verib.
FED.az hesabata istinadən bildirir ki, Azərbaycan, Qazaxıstan, Rusiya, Ukrayna və Özbəkistan 2017-ci ildə dövlət vəsaitləri hesabına problemli banklara dəstək olub.
Qeyd olunur ki, investisiyaların həcminin aşağı olması, struktur islahatlarındakı ləngimələr potensial iqtisadi artımı və gəlir konvergensiyasını zəiflədib:
“Xüsusilə, əsas enerji ixracatçıları, qeyri-neft sektorunu şaxələndirə bilməsə, məsələn, Azərbaycan, Qazaxıstan, Rusiya, və Özbəkistanda bu yaxınlarda bu məqsədlə qəbul olunan ortamüddətli strategiyaları gerçəkləşdirməzsə, iqtisadi artımın aşağı düşməsi ilə üzləşə bilərlər”.