Dünya Bankı neftin orta qiymətinin 2020-ci ildə bir bareli üçün 35 ABŞ dolları, 2021-ci ildə isə 42 dollar olacağını proqnozlaşdırır.
Eləcə də bax: “Neft-qaz sektorunda çalışanların üçdə biri - İŞ YERİNİ İTİRƏCƏK"
FED.az xəbər verir ki, bu barədə bankın əmtəə bazarının inkişaf perspektivlərinə dair hesabatında deyilir.
Məlumata əsasən, ötən ilin oktyabr ayında Dünya Bankı neftin orta qiymətlərinin (bir barel üçün) müvafiq olaraq 58 və 59,1 dollar səviyyəsində olacağını proqnozlaşdırıb.