Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yenidən müəyyən edib.
Avropa Bankının Azərbaycan üzrə investisiya portfelinin həcmi 1 milyard manatı ötüb
FED.az xəbər verir ki, bu barədə məlumat bankın "Qlobal İqtisadi Perspektivlər" hesabatının yanvar buraxılışına yer alıb.
İyun proqnozunu ilə müqayisədə Dünya Bankı yanvarda Azərbaycanın 2025- ci il üzrə iqtisadi artım proqnozunu yaxşılaşdıraraq 2,7%-ə yüksəldib.
Bu da əvvəlki proqnozla müqayisədə 0,3 faiz bəndi çoxdur. Bankın analitikləri 2026-cı ildə isə Azərbaycanda 2,4% iqtisadi artım proqnozlaşdırıb.
2024-cü il üzrə Azərbaycan iqtisadiyyatında artım 4% təşkil edib ki, bu da Dünya Bankının proqnozunu 1,7% bəndi üstələyib. (Apa)