Dünya Bankının Direktorlar Şurası Sara Mayklı bankın Azərbaycan üzrə yeni meneceri vəzifəsinə təyin olunmasını təsdiq edib.
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının Azərbaycan nümayəndəliyindən bildirilib.
Bankın Bakı ofisindən verilən məlumata görə, uzun illərdir Dünya Bankında işləyən Sara Maykl hazırda bu vəzifədə çalışan Navid Naqvini əvəz edəcək. Sara Maykl vəzifəsinin icrasına cari ilin iyulun 1-dən başlayacaq.
Qeyd edək ki, Dünya Bankının Azərbaycan üzrə meneceri vəzifəsinə təyinat hər 4 ildən bir olur.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. İndiyədək bank Azərbaycana 3,5 mlrd. ABŞ dollarından çox kredit ayırıb.