"Dövlət Sosial Müdafiə Fondu" (DSMF) Publik Hüquqi Şəxsi Fond tərəfindən icra olunan bütün növ ödənişlərin, eləcə də əməkhaqlarının nağdsız qaydada ödənilməsi məqsədilə göstəriləcək bank xidmətləri üzrə keçirdiyi tenderlərin nəticələrini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Fond iki iri bankla ümumi dəyəri 51 588 694 manat olan müqavilələr imzalayıb.
Nəticələrə əsasən:
- "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə 23 573 004 manat məbləğində;
- "Kapital Bank" ASC ilə isə 28 015 690 manat məbləğində satınalma müqaviləsi bağlanıb.












