Lisenziyası ləğv olunmuş banklarda Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin 29 mln. manat vəsaiti var.
FED.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev xidmətin ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.
“Ən böyük məbləğ “Gəncə Bank”, “Zamin Bank” və “Royal Bank”dadır. Ümumilikdə götürsək, bütün banklarda bərabər məbləğdə vəsait mövcuddur. Lakin ən çoxu “Gəncə Bank”dadır”, - deyə xidmət rəisi əlavə edib.
Eləcə də bax: “Həmin kreditlərin 80%-i problemlidir”
Finans.az